dövlət sərhəd xidmətində (dsx) aparılan kadr islahatları çərçivəsində daha bir general vəzifədə irəli çəkilib.


“arhd.media”ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.


əmrə əsasən, general-mayor faiq məmmədov dsx mərkəzi aparatının yeni rəhbəri təyin edilib. bu, mərkəz aparatın əsas idarəetmə strukturudur.


qeyd edək ki, faiq məmmədov daha əvvəl dsx-də baş idarə rəisi vəzifəsində işləyib. o həmçinin qısa müddətə dsx akademiyasının rəis əvəzi olub.


general 2024-cü ildə ikinci dərəcəli “vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Baxış sayı: 3 038

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə