“artıq altı aydır ki, biz sülh şəraitində yaşayırıq”.
“arhd.media” xəbər verir ki, bu fikirləri prezident ilham əliyev abş-nin vitse-prezidenti cey. di. venslə mətbuata birgə bəyanatında səsləndirib.
dövlət başçısı qeyd edib ki, sülh içində yaşamağı öyrənirik:
“biz azərbaycan vasitəsilə ermənistana gedən yüklərin tranzitinə nəinki bütün məhdudiyyətləri qaldırmışıq, o cümlədən özümüz ermənistana neft məhsullarının təchizatına başlamışıq. beləliklə, ticarətin və əməkdaşlığın başlanğıcı reallaşır”.





















