“xatırlayıram ki, emin hüseynov isveçrənin azərbaycandakı səfirliyində 10 ay gizləndikdən sonra onun ölkədən çıxarılması üçün isveçrə azərbaycan hökuməti ilə danışıqlara keçmişdi”.


“arhd.media” xəbər verir ki, bu sözləri siyasi şərhçi yeganə hacıyeva feysbuk hesabında yazıb.


“isveçrənin “tagesanzeiger” saytının həmin vaxt yazdığı xəbərə görə, emin hüseynov azərbaycanı isveçrə xarici işlər nazirliyinin nümayəndəsi didye burkhalterin müşayiəti ilə tərk edib.


nəşr həm də yazırdı ki, hüseynovun azad edilməsi isveçrə hökumətinə bütün digər kənar xərclərdən başqa, təxminən 200.000 azn məbləğində vergi borcunun ödənilməsi hesabına başa gəlib.


yəni isveçrə hökuməti isveçrə vergi ödəyicilərinin hesabına xaricdə uzun illər qrant alıb, vergisini ödəməyən birinin vergi borclarını bağlamışdı. əvəzində emin hüseynov isveçrə hökuməti qarşısında azərbaycan vətəndaşlığından imtina etmək kimi öhdəlik də götürmüşdü.


məsələnin absurdluğu həm də onda idi ki, isveçrə hökuməti azərbaycandan bu faktın gizli qalmasını xahiş etmişdi.


indi məncə, isveçrənin bakıdakı səfirliyindən soruşmaq lazımdır ki, emin hüseynovun hansı xidmətlərinə görə onun vergi borcları ödənilmişdi? emin hüseynovun karyerasında və sonrakı fəaliyyətində isveçrə dövlətinin rolu hansıdır?”

Baxış sayı: 2 693

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə