rusiya prezidenti vladimir putin qazaxıstana yollanacaq.
“arhd.media” “kommersant”a istinadən xəbər verir ki, rusiya lideri bu barədə məlumatı qazaxıstanlı həmkarı kasım jomart-tokayevlə telefon danışığı zamanı açıqlayıb.
onun sözlərinə görə, mayın sonunda astanada keçiriləcək avrasiya iqtisadi ittifaqının sammitində iştirak edəcək.
tərəflər həmçinin söhbət zamanı iki ölkə arasındakı münasibətləri, eləcə də birgə iqtisadi-ticarət layihələrini müzakirə ediblər.























