“qeyd edək ki, böhran vəziyyətinə uyğun olaraq, bölgədə yerləşən səfirliklərimiz və baş konsulluqlarımız fəaliyyətini gücləndirilmiş rejimdə davam etdirir”. 


“arhd.media” xəbər verir ki, bunu xarici işlər nazirliyinin mətbuat xidməti idarəsinin rəisi ayxan hacızadənin regionda hərbi eskalasiya şəraitində vətəndaşlarımızın vəziyyəti ilə bağlı bildirib.


o qeyd edib ki, vətəndaşlarımızdan gələn müraciətlərə uyğun olaraq, diplomatik missiyalarımız tərəfindən müvafiq dəstək göstərilir:


“indiyə qədər, yalnız bir nəfər vətəndaşımız xəsarət almışdır. vətəndaşa diplomatik missiyamız tərəfindən müvafiq dəstək göstərilir və onun vəziyyəti yaxşıdır. 


vətəndaşlarımızın təxliyyəsinə gəldikdə, indiki məqamda, xarici işlər nazirliyinin paylaşdığı səyahət xəbərdarlığına uyğun olaraq, iran ərazisində olan azərbaycan vətəndaşlarının irandan çıxışı üçün yerləşmə bölgəsindən asılı olaraq azərbaycan və türkiyə quru sərhəddindən istifadə olunur. indiyə qədər 30 nəfər vətəndaşımız azərbaycan sərhəddindən keçid edib. 


ümumilikdə, bölgədə hava məkanının bağlı olduğunu diqqətə alaraq, indiki məqamda vətəndaşların təxliyyəsi nəzərdə tutulmur. 


hazırda bölgədə olan vətəndaşlarımızdan təhlükəsizlik vəziyyətini diqqətlə izləmələri, yerli hakimiyyət orqanlarının göstəriş və tövsiyələrinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları və şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmələri xahiş olunur”.

Baxış sayı: 2 487

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə