böyük britaniya azərbaycana yeni səfir təyin edib.
“arhd.media” xəbər verir ki, bu barədə məlumatı britaniya hökuməti yayıb.
məlumata görə, həmin vəzifəyə dunkan norman təyin edilib.
o may ayında bu postda fergus auldu əvəz edəcək.
d.norman “x” hesabında azərbaycana səfir təyin olunması ilə bağlı paylaşım edib: “böyük britaniyanın azərbaycandakı növbəti səfiri təyin olunmaqdan şərəf duyuram!
böyük britaniya-azərbaycan tərəfdaşlığını dərinləşdirmək məqsədilə ikitərəfli münasibətlərimizin əsasları üzərində irəliləməyi və ortaq prioritetlərimiz üzrə mühüm işi davam etdirməyi səbirsizliklə gözləyirəm”.























