“vaşinqtonun həyata keçirdiyi hərbi əməliyyatların əsas məqsədi iranın nüvə silahı əldə etmək niyyətindən birdəfəlik imtina etməsinə nail olmaqdır”.


“arhd.media” xəbər verir ki, bunu abş-nin vitse-prezidenti ceyms devid vens “fox news” telekanalına müsahibəsində deyib.


o qeyd edib ki, əməliyyatlar iranın düşüncə tərzini dəyişdirməyə hesablanıb.


vensin sözlərinə görə, abş prezidenti donald tramp ötən il həyata keçirilən “gecəyarısı çəkic” əməliyyatı ilə tehranın üç əsas nüvə obyektini hədəfə alaraq, iranın nüvə silahı yaratmaq imkanlarını məhdudlaşdırmağa nail olub.


vitse-prezident vurğulayıb ki, vaşinqton sonradan təxminən bir il ərzində tehranla diplomatik danışıqlar aparmağa çalışıb, lakin iranın mövqeyində ciddi dəyişiklik müşahidə olunmayıb.


onun sözlərinə görə, tramp administrasiyası nəticədə belə qənaətə gəlib ki, məqsədə çatmaq üçün “iran rejimində fundamental düşüncə dəyişikliyi” zəruridir:


“prezident iran rejiminin zəiflədiyini və onların nüvə silahı astanasına çatmağa sadiq qaldıqlarını gördü. abş-nin və müttəfiqlərinin təhlükəsizliyini qorumaq üçün tədbir görməyin vacib olduğunu hesab etdi”, – deyə vens vurğulayıb.


o əlavə edib ki, “epik qəzəb” əməliyyatının konkret, aydın məqsədi var və bu səbəbdən uzunmüddətli, illərlə davam edən münaqişəyə çevrilməyəcək.


vensin sözlərinə görə, əsas hədəf iranın nüvə silahına sahib ola bilməyəcəyi və gələcəkdə bu potensialı bərpa etməmək üçün uzunmüddətli öhdəlik götürməsidir.


o bildirib ki, tramp administrasiyası aydın sonluq və konkret strategiya olmadan çoxillik münaqişəyə girməyəcək.

Baxış sayı: 2 778

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə