daxili işlər naziri general-polkovnik vilayət eyvazov martın 6-da yevlax rayonunda növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.
“arhd.media” xəbər verir ki, yevlax rpş-nin inzibati binasında baş tutacaq qəbulda yevlax, mingəçevir, ağdaş, ucar və kürdəmir rayonlarının sakinləri iştirak edə bilərlər.
qəbula yazılmaq istəyən vətəndaşlar nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı 05.03.2026-cı il tarixinədək yaşadıqları ərazinin polis orqanına, habelə nazirliyin "e-polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı martın 6-da 08:00-da yevlax olimpiya idman kompleksində keçiriləcək.
qeyd edək ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.























