rusiya xarici işlər nazirliyinin rəsmi sözçüsü mariya zaxarova ölkə vətəndaşlarının iranı tərk etməsinə göstərdiyi yardıma görə azərbaycana təşəkkür edib.
“arhd.media” xəbər verir ki, zaxarova bu barədə keçirdiyi həftəlik brifinqdə danışıb.
“rusiya vətəndaşlarının quru sərhədlər vasitəsilə iranı maneəsiz tərk etməsini təmin etməyə yardımlarına görə azərbaycan, ermənistan və türkmənistan rəhbərliyinə təşəkkür edirik”, - o qeyd edib.
xatırladaq ki, dünən rusiya fhn-ə məxsus “il-76” təyyarəsi azərbaycan sərhədi ilə iranı tərk edən rusiyalıları təxliyə etmək üçün azərbayana gəlmişdi. bu gün isə həmin təyyarə 117 rusiya vətəndaşını azərbaycandan moskvaya aparıb.























