beynəlxalq işçi qadınlar günü olaraq tanınan 8 mart tarixi qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbət tərənnümünü ənənəvi hala gətirmiş bayramdır.


“arhd.media” xəbər verir ki, 8 mart postsovet respublikalarında, habelə anqola, burkina-faso, qvineya-bisau, kamboca, çin, konqo, laos, makedoniya respublikası, monqolustan, nepal, şimali koreya və uqandada qeyri-iş günü sayılır. bmt də 8 martı beynəlxalq qadınlar günü kimi tanıyıb.


ilk qadınlar günü mərasimi 1909-cu ilin 28 fevralında nyu yorkda baş tutub. bu, amerika sosialist partiyası tərəfindən beynəlxalq qadın tikiş işçiləri birliyinin 1908-ci ilki tətilinin yada salınması münasibətilə təşkil olunub.


qadınlar bayramı azərbaycanda da geniş qeyd edilir. 1965-ci ildən keçmiş ssri-də 8 mart - beynəlxalq qadınlar günü istirahət günü elan olunub. azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 mart - beynəlxalq qadınlar günü ölkədə qeyri-iş günüdür.

Baxış sayı: 3 088

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə