
rusiyadan ermənistana azərbaycandan tranzit keçməklə taxıl yüklü vaqonlar bu gün bakıdan yola salınıb.
“arhd.media” apa-ya istinadən xəbər verir ki, ümumi çəkisi 488 ton olan 7 ədəd taxıl yüklü vaqon ermənistana göndərilib.
xatırladaq ki, indiyə qədər rusiyadan ermənistana azərbaycan ərazisindən tranzit keçməklə 21 min tondan çox taxıl (bugünkü 488 ton daxil olmaqla) göndərilib.

























