tbilisi, 12 fevral, arhd.media
irakli kobaxidze: gürcüstan mahiyyət etibarilə avropa ittifaqı ilə danışıqlara hazırdır
gürcüstan hökuməti mahiyyət etibarilə avropa ittifaqı ilə (ai) danışıqlara hazırdır. danışıqlara başlamaq barədə qərarın verilməsi indi ai-dən asılıdır.
arhd.media xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində gürcüstanın baş naziri irakli kobaxidze söyləyib.
onun sözlərinə görə, gürcüstanda vəziyyət son dərəcə stabildir. ölkə iqtisadi və digər sahələrdə inkişaf edir. ölkə inkişaf və islahatların həyata keçirilməsi yoluna sadiqdir: “hazırda danışıqlara başlamaq barədə qərarın verilməsi avropa ittifaqından asılıdır. biz bu prosesə hazırıq. eyni zamanda, ölkəmizin inkişaf və islahatların həyata keçirilməsi yolunu qətiyyətlə davam etdiririk. buna görə də gürcüstan daha böyük irəliləyişə nail olacaq”.
irakli kobaxidze deyib: "biz açıq şəkildə bildirdik ki, əgər ai bu qərarı qəbul etsə, biz hazırıq. avropa ittifaqı ilə münasibətlərin yaxşılaşdırılması bizim maraqlarımıza uyğundur. gəlin gözləyək və görək, ai hansı yanaşmanı seçəcək".






















