bakı, 12 fevral, arhd.media
azərbaycan prezidenti: arxalanacağımız tərəfdaşlara və dostlara malik olmaq çox vacibdir
tərəfdaşlığımızın (somali ilə - red.) mühüm sahəsi beynəlxalq təsisatlarda qarşılıqlı dəstəkdir.
arhd.media xəbər verir ki, bu sözləri azərbaycan prezidenti ilham əliyev somalili həmkarı hasan şeyx mahmud ilə mətbuata bəyanatında deyib.
dövlətimizin başçısı qeyd edib: “biz bmt, islam əməkdaşlığı təşkilatı və digər beynəlxalq qurumlarda bir-birimizə dəstəyi birmənalı olaraq davam etdirəcəyik. çünki hər iki ölkə üçün arxalanacağımız tərəfdaşlara və dostlara malik olmaq çox vacibdir”.






















