livan xarici işlər nazirliyi regionda baş verən münaqişə fonunda ölkəyə təyin olunmuş iran səfiri məhəmməd rza şeybaninin akkreditasiyasını ləğv edib.
“arhd.media” “kommersant”a istinadən xəbər verir ki, səfir martın 29-na qədər livanı tərk etməlidir.
qeyd edək ki, bundan əvvəl livan hakimiyyəti iranın islam inqilabı keşikçiləri korpusunu livan hizbullah hərəkatının israil ərazisinə hücumlarını faktiki olaraq idarə etməkdə günahlandırmışdı.






















