ermənistanın baş naziri nikol paşinyan rusiyaya səfər etmək planını açıqlayıb.
“arhd.media” “armenpress”ə istinadən xəbər verir ki, paşinyan bu haqda irəvanda vətəndaşlarla görüşündə danışıb:
“mən tezliklə rusiyaya gedəcəm. biz əlaqələrimizi saxlayırıq”.
o, rusiyanın ermənistan üçün dost ölkə olduğunu da vurğulayıb.























