vaşinqton, 13 fevral, arhd.media
amerikalı ekspert: birləşmiş ştatlar üçün azərbaycanla əməkdaşlıq baxımından böyük fürsət var
birləşmiş ştatlar üçün azərbaycanla əməkdaşlıq baxımından böyük bir fürsət var.
bu sözləri arhd.media-a açıqlamasında vaşinqtonda yerləşən “hudson” institutunun aparıcı eksperti mayk doran deyib. o bildirib ki, hazırda abş fərqli dönüş nöqtəsindədir.
“ona görə də ümid edirəm ki, tramp administrasiyası bu fürsəti görür. bu fürsəti görəcəyinə dair çoxlu əlamətlər sezirəm”,- deyə ekspert əlavə edib.






















