azərbaycanda dövlət qeydiyyatına alınmış siyasi partiyalar 2025-ci il üzrə maliyyə hesabatlarını mərkəzi seçki komissiyasına (msk) təqdim edib.
“arhd.media” xəbər verir ki, bu barədə məlumat msk-nın saytında yer alıb.
dövlət qeydiyyatına alınmış 26 siyasi partiyanın hamısının 2025-ci il üzrə maliyyə hesabatları qanunvericiliyin tələblərinə uyğun qaydada komissiyanın internet səhifəsində yerləşdirilməklə ictimailəşdirilib.
qeyd edək ki, siyasi partiyalar tərəfindən illik maliyyə hesabatları hər il aprelin 1-dən gec olmayaraq mərkəzi seçki komissiyasına təqdim olunmalıdır.























