fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub.
“arhd.media” xəbər verir ki, cəbrayıl eldar oğlu xanlarov və daxili xidmət general-mayoru yusif mahmud oğlu nəbiyev fövqəladə hallar nazirinin müavinləri təyin ediliblər.
qeyd edək ki, cəbrayıl eldar oğlu xanlarov 1972-ci ildə bakı şəhərində anadan olub. azərbaycan dövlət iqtisad universitetini bitirib, iqtisad elmləri namizədidir.
yusif mahmud oğlu nəbiyev isə 1982-ci ildə bakı şəhərində anadan olub. bakı dövlət universitetini bitirib, hüquq üzrə fəlsəfə doktorudur.























