azərbaycan baş nazirinin müavini şahin mustafayev rusiyalı həmkarı aleksey overçukla görüşəcək.
“arhd.media” tass-a istinadən xəbər verir ki, bu barədə overçuk azərbaycan-rusiya hökumətlərarası komissiyasının iclasında çıxışı zamanı bildirib.
“artıq həm kazan forumu, həm rusiya-islam dünyası beynəlxalq iqtisadi forumu, həm də iki aydan sonra keçiriləcək sankt-peterburq beynəlxalq iqtisadi forumu zamanı görüşlərin keçirilməsi planlaşdırılıb”, - o deyib.
rusiya baş nazirinin müavini bu cür təmasların önəmini vurğulayıb, onların ikitərəfli münasibətlərin inkişafına töhfə verdiyini diqqətə çatdırıb.























