abş prezidenti donald tramp vaşinqtonda baş verən atışma zamanı təhlükəsizlik əməkdaşlarının işini yüksək qiymətləndirib.
“arhd.media” xəbər verir ki, bu barədə tramp "fox news" telekanalına müsahibəsində bildirib.
* trampın iştirak etdiyi tədbirdəki silahlı insidentlə bağlı yeni detal üzə çıxdı
o deyib ki, təhlükəsizlik xidməti əməkdaşları öz vəzifələrinin öhdəsindən çox yaxşı gəliblər.
"onlar çox yaxşı iş gördülər", - deyə mariya bartiromo abş liderinin sözlərini efirdə sitat gətirib.
tramp həmçinin baş verən hadisədən sonra yaxşı vəziyyətdə olduğunu qeyd edib.























