bu gün saat 15:00-da ümumdünya şəhərsalma forumunun 13-cü sessiyasının (wuf13) bağlanış mərasimi keçiriləcək.
“arhd.media” xəbər verir ki, bununla əlaqədar olaraq, tədbir iştirakçılarının nəqliyyat mübadilə mərkəzlərindən wuf13 tədbir məkanına daşınması saat 13:00-dək təmin ediləcək.
tədbir məkanını ziyarət edəcək və ya bağlanış mərasimində iştirak edəcək şəxslərdən qeyd edilənləri nəzərə almaları xahiş olunur.























