diasporla iş üzrə dövlət komitəsinin sədri fuad muradov irlandiyanın paytaxtı dublində azərbaycan icması ilə görüşüb.


“arhd.media” xəbər verir ki, bu barədə dövlət komitəsi məlumat yayıb.


28 may – müstəqillik günü ərəfəsində baş tutan görüşdə çıxış edən komitə sədri dünya azərbaycanlılarının vahidliyini təmin edən koordinasiya şuralarının, azərbaycan evlərinin, habelə həftəsonu azərbaycan məktəblərinin fəaliyyətinə, komitənin kommunikasiya siyasətinə toxunub, irlandiyada yaşayan azərbaycanlıların diaspor işindəki aktivliyini yüksək qiymətləndirib.


irlandiya-azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri toni makkormak, azərbaycan respublikasının irlandiyadakı ilk fəxri konsulu terri leyden, türkiyə respublikasının irlandiyadakı səfirliyinin ikinci katibi pınar çetin ölkələr arasındakı əlaqələrin inkişafını və azərbaycan diasporunun təcrübəsini müsbət qiymətləndirib, interaktiv, məhsuldar şəraitdə keçən görüşdən xoş təəssürat qazandıqlarını dilə gətiriblər.


azərbaycan respublikasının böyük britaniya və şimali irlandiya birləşmiş krallığındakı səfirliyinin birinci katibi eltay aslanov soydaşlarımızla görüşü yüksək qiymətləndirib, irlandiyada icmalaşma prosesinin sürətləndiyini bildirib.


irlandiyada fəaliyyət göstərən “anna və əşrəf” musiqi məktəbinin təsisçisi əşrəf tağıyev irlandiyadakı soydaşlarımızın gördüyü işlərdən danışıb, azərbaycanın zəngin mədəni irsinin, incəsənətinin yerli cəmiyyətə tanıdılmasında bu ölkədəki icmanın mühüm rol oynadığını bildirib.


görüşdə diaspor fəaliyyətindəki təcrübələr və ortaq hədəflər ətrafında konstruktiv fikir mübadiləsi aparılıb, iştirakçılar perspektivə dair təklif və suallarını səsləndiriblər.


daha sonra irlandiya azərbaycanlıları koordinasiya şurasının yeni koordinatoru seçilib.


görüş 28 may – müstəqillik gününə həsr edilən bədii hissə ilə yekunlaşıb.

 

Baxış sayı: 3 784

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə