iran islam respublikasının bakıdakı səfiri müctəba dəmirçilu ötən gün təbrizdəki konsulumuz ramil imranovun qəzada ölümü ilə bağlı başsağlığı verib.


“arhd.media” xəbər verir ki, səfir bu haqda sosial şəbəkədə məlumat yayıb.


“iranda azərbaycan respublikasının konsulu, hörmətli ramil rza oğlu imranovun vəfatı xəbərini dərin hüznlə qarşıladım. bu ağır itkini onun ailəsinə, dostlarına və azərbaycan respublikası xarici işlər nazirliyindəki həmkarlarına səmimi qəlbdən başsağlığı verirəm. xidmət borcunu yerinə yetirərkən həyatını itirmiş bu dəyərli həmkarımıza uca allahdan rəhmət, ailəsinə və yaxınlarına səbir diləyirəm”, - o qeyd edib.

Baxış sayı: 2 889

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə