bakı, 14 fevral, arhd.media
milli məclisin növbəti plenar iclası keçirilir
fevralın 14-də milli məclisin növbəti plenar iclası keçirilir.
arhd.media xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı 15 məsələ daxil edilib:
1. bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2024-cü ildə fəaliyyəti haqqında məruzəsi;
2. azərbaycan respublikasının inzibati xətalar məcəlləsində, “azərbaycan respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “hərbi vəzifə və hərbi xidmət haqqında” azərbaycan respublikasının qanunlarında dəyişiklik edilməsi barədə azərbaycan respublikası qanununun layihəsi;
3. azərbaycan respublikasının şəhərsalma və tikinti məcəlləsində, “texniki təhlükəsizlik haqqında” və “lisenziyalar və icazələr haqqında” azərbaycan respublikasının qanunlarında dəyişiklik edilməsi barədə azərbaycan respublikası qanununun layihəsi;
4. azərbaycan respublikasının mülki məcəlləsində dəyişiklik edilməsi haqqında azərbaycan respublikası qanununun layihəsi;
5. “azərbaycan respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” azərbaycan respublikasının konstitusiya qanununda dəyişiklik edilməsi barədə azərbaycan respublikası konstitusiya qanununun layihəsi (ikinci oxunuş);
6. “aviasiya haqqında” azərbaycan respublikasının qanununda dəyişiklik edilməsi barədə azərbaycan respublikası qanununun layihəsi (ikinci oxunuş);
7. azərbaycan respublikasının cinayət məcəlləsində və azərbaycan respublikasının inzibati xətalar məcəlləsində dəyişiklik edilməsi haqqında azərbaycan respublikası qanununun layihəsi (ikinci oxunuş);
8. “sosial sığorta haqqında” azərbaycan respublikasının qanununda və azərbaycan respublikasının vergi məcəlləsində dəyişiklik edilməsi barədə azərbaycan respublikası qanununun layihəsi (ikinci oxunuş);
9. “tibbi sığorta haqqında” azərbaycan respublikasının qanununda dəyişiklik edilməsi barədə azərbaycan respublikası qanununun layihəsi (ikinci oxunuş);
10. azərbaycan respublikasının mənzil məcəlləsində dəyişiklik edilməsi haqqında azərbaycan respublikası qanununun layihəsi (ikinci oxunuş);
11. “korrupsiyaya qarşı mübarizə haqqında” azərbaycan respublikasının qanununda dəyişiklik edilməsi barədə azərbaycan respublikası qanununun layihəsi (birinci oxunuş);
12. “valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” azərbaycan respublikasının qanununda dəyişiklik edilməsi barədə azərbaycan respublikası qanununun layihəsi (birinci oxunuş);
13. azərbaycan respublikasının inzibati xətalar məcəlləsində və “hərbi vəzifə və hərbi xidmət haqqında” azərbaycan respublikasının qanununda dəyişiklik edilməsi barədə azərbaycan respublikası qanununun layihəsi (birinci oxunuş);
14. azərbaycan respublikasının cinayət məcəlləsində və “xidməti və mülki silah haqqında” azərbaycan respublikasının qanununda dəyişiklik edilməsi barədə azərbaycan respublikası qanununun layihəsi (birinci oxunuş);
15. “mühasibat uçotu haqqında” azərbaycan respublikasının qanununda dəyişiklik edilməsi barədə azərbaycan respublikası qanununun layihəsi (birinci oxunuş).
























