bakı, 14 fevral, arhd.media


prezident administrasiyasının rəhbəri samir nuriyev “içərişəhər” dövlət tarix-memarlıq qoruğu idarəsi idarə heyətinin yeni sədrini kollektivə təqdim edib


fevralın 14-də azərbaycan respublikası prezidenti administrasiyasının rəhbəri samir nuriyev “içərişəhər” dövlət tarix-memarlıq qoruğu idarəsi idarə heyətinin sədri vəzifəsinə yeni təyin edilmiş rüfət mahmudu kollektivə təqdim edib.

arhd.media xəbər verir ki, samir nuriyev təqdimat mərasimində çıxış edərək ulu öndər heydər əliyevin səyləri nəticəsində 1977-ci ildə xalqımızın qədim memarlıq irsini, paytaxtımızın tarixini və mədəniyyətini əks etdirən içərişəhər kompleksinə tarix-memarlıq qoruğu statusunun verildiyini bildirib.

qeyd edilib ki, içərişəhər ilə bağlı məsələlər prezident ilham əliyevin daim diqqət mərkəzindədir. dövlətimizin başçısının 2005-ci il 10 fevral tarixli sərəncamı ilə nazirlər kabineti yanında “içərişəhər” dövlət tarix-memarlıq qoruğu idarəsinin yaradılması həmin ərazidəki abidələrin, bütövlükdə kompleksin lazımi səviyyədə qorunub saxlanması və gələcək nəsillərə çatdırılması üçün mühüm qərar olub.

içərişəhərin unesco-nun ümumdünya irs siyahısına daxil edildiyini xatırladan samir nuriyev deyib ki, 2009-cu ildə heydər əliyev fondunun prezidenti mehriban xanım əliyevanın dəstəyi ilə yerli və beynəlxalq ekspertlər qrupu tərəfindən içərişəhərin konservasiya üzrə baş planı hazırlanıb və həmin ildə azərbaycan respublikasının nazirlər kabinetinin qərarı ilə təsdiqlənib.

prezident administrasiyasının rəhbəri ötən dövr ərzində tarix-memarlıq abidələrinin qorunub saxlanması, onların öyrənilməsi, eləcə də turizm infrastrukturunun qurulması istiqamətində mühüm işlərin görüldüyünü, həyata keçirilən tədbirlərin ölkə rəhbərliyinin içərişəhərə, ümumilikdə tariximizə, mədəniyyətimizə diqqət və qayğısının bariz nümunəsi olduğunu bildirib. “içərişəhər” dövlət tarix-memarlıq qoruğu idarəsinin bu istiqamətdə daha böyük əzmlə çalışacağına əmin olduğunu deyən samir nuriyev dövlətimizin başçısının tapşırıqlarını kollektivin diqqətinə çatdırıb, yeni təyin olunmuş sədrə və idarənin əməkdaşlarına işlərində uğurlar arzulayıb.

Baxış sayı: 5 452

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə