azərbaycan əsilli gündüz məmmədov ukrayna silahlı qüvvələrinin hərbi hüquq-mühafizə xidmətinin rəis müavini təyin edilib.
“arhd.media” “zn.ua” portalına istinadən xəbər verir ki, ukraynanın müdafiə naziri mixaylo fedorov bununla bağlı əmr imzalayıb.
gündüz məmmədov 1974-cü ildə gəncə şəhərində anadan olub. uzun illər ukraynanın prokurorluq orqanlarında çalışıb. 2014-cü ilin iyulundan odessa prokuroru vəzifəsini tutub, 2015-ci ilin dekabrından odessa vilayəti prokurorunun müavini olub. bununla yanaşı, o, 2019-2021-ci illərdə isə ukrayna baş prokurorunun müavini vəzifəsini tutub.






















