azərbaycan minifutbol federasiyasına 1 milyon manat ayrılıb.
“arhd.media” xəbər verir ki, bununla bağlı azərbaycan prezidenti ilham əliyev azərbaycan minifutbol federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam imzalayıb.
sərəncama əsasən, azərbaycan milli yığma komandasının 2026-cı il minifutbol üzrə avropa çempionu olması ilə əlaqədar azərbaycanın 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş azərbaycan prezidentinin ehtiyat fondundan azərbaycan minifutbol federasiyasına 1 milyon manat ayrılıb.
maliyyə nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, nazirlər kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.





















