bakı, 14 fevral, arhd.media
ceyhun bayramov israilin xarici işlər naziri ilə regional məsələləri müzakirə edib
fevralın 14-də azərbaycan respublikasının xarici işlər naziri ceyhun bayramov münxen təhlükəsizlik konfransında iştirakı çərçivəsində israil dövlətinin xarici işlər naziri gideon saar ilə görüşüb.
xin-dən arhd.media-a bildirilib ki, görüş zamanı tərəflər azərbaycan və israil arasında mövcud əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, regionda baş verən son hadisələr, habelə qəzza zolağında vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
tərəflər azərbaycan respublikası və israil dövləti arasında təhlükəsizlik, yüksək texnologiyalar, aerokosmik sənaye, qarşılıqlı investisiyalar, enerji və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edib.
nazir ceyhun bayramov qəzza zolağında əldə edilmiş atəşkəsin qorunmasının vacibliyini vurğulayıb.
görüş zamanı, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

























