isveçrədə qətər və pakistanın vasitəçiliyi ilə abş və iran arasında görüş başlayıb.
“arhd.media” xəbər verir ki, bu barədə irib məlumat yayıb.
bildirilib ki, görüşdə livanda atəşkəs və iran aktivlərinin blokdan çıxarılması müzakirə olunur.
məlumata görə, danışıqlarda iran nümayəndə heyəti memorandumun beş bəndinin həyata keçirilməsinə nail olmağa çalışır.
***
qətər xarici işlər nazirliyi danışıqların başladığını və abş, iran və pakistan nümayəndələrinin iştirakı ilə yüksək səviyyəli komitənin ilk iclasının keçirildiyini elan edib.
nazirliyin bəyanatında deyilir:
“qətər dövləti, amerika birləşmiş ştatları, iran islam respublikası və iki vasitəçi ölkənin - qətər dövləti və pakistan islam respublikasının nümayəndələrinin iştirakı ilə zirvə görüşünün başladığını elan edir”.
doha ümid etdiyini bildirib ki, bu görüşlər abş və iran arasında anlaşma memorandumunda nəzərdə tutulan bütün aspektləri əhatə edən hərtərəfli və davamlı bir razılaşmanın əldə olunmasına gətirib çıxaracaq.
qətər xarici işlər nazirliyinin sözçüsü məcid bin məhəmməd əl-ənsari tərəflərin yekun razılaşmanın bəndlərini müzakirə etmək üçün ixtisaslaşmış texniki qruplar yaratdıqlarını bildirib. diplomatın sözlərinə görə, bu, bütün tərəflərin danışıqlar prosesinin xoşməramlı şəkildə irəliləməsinə sadiqliyini əks etdirir.
əl-ənsari həmçinin pakistanın tərəfdaş və vasitəçi kimi rolunu, vaşinqton və tehranın diplomatik həllərə sadiqliyini və misir, bəə, səudiyyə ərəbistanı və türkiyənin danışıqlar prosesinə verdiyi dəstəyi yüksək qiymətləndirib.























