Rusiya Ermənistandan balıq məhsullarının tədarükünə məhdudiyyətləri genişləndirib.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) qərar qəbul edib.  


Belə ki, “Rosselxoznadzor” əvvəllər Rusiya bazarına balıq ixrac etməyə icazə verilmiş son iki Ermənistan müəssisəsinin məhsullarının sertifikatlaşdırılmasını aşkar edilmiş sistem pozuntuları ilə əlaqədar müvəqqəti dayandırıb.


Xatırladaq ki, daha əvvəl “Rosselxoznadzor” Ermənistan mənşəli və bu ölkədən göndərilən çiçək məhsullarının, eləcə də meyvə-tərəvəzlərin idxalına məhdudiyyətlər tətbiq edib.

Baxış sayı: 3 018

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə