ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, müəyyən mərhələdə ABŞ İrana qarşı hərbi əməliyyatları bərpa etmək məcburiyyətində qala bilər və bu halda İran İslam Respublikasının mövcudluğu təhlükə altına düşəcək.


“ARHD.MEDiA” xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə "Truth Social" platformasında paylaşım edib.


"Tamamilə mümkündür ki, onlar heç vaxt heç bir dərs götürməyəcəklər. Elə bir an gələ bilər ki, biz artıq ağlabatan davrana bilməyəcəyik və belə uğurla başladığımız işi hərbi yolla başa çatdırmağa məcbur olacağıq. Əgər bu baş verərsə, İran İslam Respublikası mövcudluğunu dayandıracaq", - deyə Tramp vurğulayıb.

Baxış sayı: 3 146

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə