“Samara Vilayəti Azərbaycanlıları Liqası” ictimai təşkilatının sədri Şirvan Kərimov Rusiya vətəndaşlığından məhrum edilib.


“ARHD.MEDiA” “Kommersant”a istinadən xəbər verir ki, qərarın səbəbi hələlik açıqlanmır.


Bildirilir ki, Şirvan Kərimov hazırda Samara vilayəti İctimai Palatasının fəaliyyətdə olan üzvü və “Pravovoy Sovetnik” Samara vəkillər kollegiyasının vəkilidir. 


Qeyd olunur ki, son vaxtlar Rusiya hüquq-mühafizə orqanları Azərbaycan diasporunun nümayəndələrinə xüsusi diqqət ayırır. Onların etnik mütəşəkkil cinayətkar qruplarla əlaqələri yoxlanılır.


Xatırladaq ki, ötən il Ulyanovsk vilayəti Azərbaycan diasporunun rəhbəri İslam Hüseynov, bu ilin fevralında isə İvanovo vilayətinin Azərbaycan diasporunun rəhbəri Asif Məmmədov Rusiya vətəndaşlığından məhrum edilib.

Baxış sayı: 3 716

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə