Ötən gün Balakəndə baş vermiş zəncirvari qəzada daha bir ailə üzvü həyatını itirib.


“ARHD.MEDiA”nın məlumatına görə, 1975-ci il təvəllüdlü Mütəllibov Yaşar Mahamarəsul oğlu bu gün dünyasını dəyişib.


Bununla da “Hyundai”, “KİA” və “Toyota” markalı avtomobillərin toqquşması nəticəsində vəfat edənlərin sayı 4 nəfərə çatıb.


Dünən isə Y. Mütəllibovun “Toyota”da olan ailə üzvləri - həyat yoldaşı 1974-cü il təvəllüdlü Məmmədova Pərvanə Zahid qızı və oğlu 1999-cu il təvəllüdlü Rəşad Mütəllibov, “Hyundai” markalı avtomobilin sürücüsü Hoorsova Məryəm Kamil qızı hadisə yerində vəfat etmişdilər.


Qəzada xəsarət alan digər şəxsin - 1965-ci il təvəllüdlü Soltanov Şərif Siracəddin oğlunun müalicəsi isə davam etdirilir.


Bildirilir ki, ailə toy hazırlığı üçün yola çıxıbmış. Belə ki, vəfat edən gəncin avqustun 28-i toyu olacaqmış.

 

Baxış sayı: 3 970

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə