Gürcüstan, Azərbaycan, Türkiyə və Bolqarıstan arasında elektrik enerjisi üçün tranzit dəhlizinin yaradılması ilə bağlı danışıqlar aparılır.


“ARHD.MEDiA” Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat nazirinin müavini İnqa Pxaladze bildirib.


“Gürcüstanın mühüm coğrafi mövqeyi ölkəmizi Cənubi Qafqazda enerji mərkəzinə çevirir. Bu, hər hansı maraqlı ölkədən, ilk növbədə qonşu ölkələrdən elektrik enerjisinin Gürcüstan vasitəsilə Avropaya ötürülə biləcəyinə zəmanət verir”, - nazir deyib.


Onun sözlərinə görə, iqtisadi baxımdan böyük əhəmiyyət kəsb edən bu təşəbbüs çərçivəsində Gürcüstan həm tranzit ölkə rolunu oynaya, həm də öz elektrik enerjisini ixrac edə bilər.

Baxış sayı: 3 364

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə