Qazaxıstanın Kostanay şəhərində “Yol hərəkəti təhlükəsizliyində uşaqların bilik və praktiki bacarıqlarının formalaşdırılması” mövzusunda elmi-praktik konfrans və “Gənc yol hərəkəti inspektorları” adlı beynəlxalq toplantı keçirilir.


“ARHD.MEDiA” xəbər verir ki, sözügedən tədbirlərdə Azərbaycanın Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Rüfət Quliyev, İctimaiyyətlə əlaqə bölməsinin rəisi Elvin Hacıyev, eləcə də Bakı şəhəri, Xətai rayonu 245 nömrəli tam orta məktəbin müəllimi Məlahət Ağayevanın rəhbərliyi altında şagirdlərdən ibarət komanda ölkəmizi təmsil edir.


İştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərlərinin qatıldığı elmi-praktik konfransda yol hərəkəti iştirakçılarının, xüsusilə uşaqların yol hərəkəti təhlükəsizliyinə dair bilik və praktiki bacarıqlarının formalaşdırılması, bu sahədə tədris və maarifləndirmə metodlarının təkmilləşdirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi, eləcə də ölkələrarası əməkdaşlıq və təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri ətrafında müzakirələr aparılır.


Konfrans çərçivəsində müxtəlif ölkələrdə uşaqlar və yeniyetmələr arasında yol hərəkəti mədəniyyətinin formalaşdırılması, onların təhlükəsiz davranış vərdişlərinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən layihə və təşəbbüslər barədə fikir və təcrübə mübadiləsi aparılır.

 

Baxış sayı: 2 998

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə