"Azərbaycan Sənaye Bankı" ASC-nin Müşahidə Şurasının sədri dəyişib.


“ARHD.MEDiA”  APA-ya istinadla xəbər verir ki, Tahir Abdolbari oğlu Gözəl bankın Müşahidə Şurasının yeni sədri seçilib.


O bu vəzifədə Əhməd Abdolbari oğlu Gözəli əvəz edib. Əhməd Gözəl 2022-ci ildən "Azərbaycan Sənaye Bankı"nın Müşahidə Şurasına rəhbərlik edirdi.


Müşahidə Şurasının digər üzvləri Alireza Ziyad oğlu Firouzi Heydaranlou və Şirin Hakan Alidir.


Qeyd edək ki, Tahir Gözəl həmçinin "Qarabağ" Futbol Klubunun prezidentidir.


"Azərbaycan Sənaye Bankı"nın nizamnamə kapitalı 60 milyon manatdır. Bankın əsas səhmdarı 98.43% payla "Anadolu Investment Company" MMC-dir.

Baxış sayı: 2 974

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə