Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclasında Azərbaycan Jurnalistlərinin IX qurultayının keçirilmə tarixi məlum olub.


“ARHD.MEDiA” xəbər verir ki, iclasda əvvəlcə 27 Sentyabr – Anım Günü münasibətilə şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilib.


Şura sədri Rəşad Məcid sonuncu qurultaydan 4 il keçdiyini bildirərək hazırlıq üzrə Təşkilat Komitəsinin formalaşdırıldığını elan edib və toplantıda qurultayın oktyabrın 15-də keçirilməsi barədə yekun qərar verilib.


MŞ-yə üzv təşkilatlar oktyabrın 12-dək nümayəndə və İdarə Heyətinə namizədlərinin adlarını presscouncil.az saytındakı xüsusi bölmə vasitəsilə Təşkilat Komitəsinə təqdim etməlidirlər. Xəbərdarlıq edilib ki, üzvlük haqqı borcunu ödəyəməyən medianın qurultayda iştirakı məhdudlaşdırılacaq.

Baxış sayı: 3 093

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə