Azərbaycanın tanınmış iqtisadçı-eksperti, Oxu.Az saytının əməkdaşı Pərviz Heydərov vəfat edib.


Bu barədə “ARHD.MEDiA”ya iqtisadçı-ekspertin yaxınları məlumat veriblər.


Pərviz Heydərov 54 yaşında pnevmoniya səbəbi ilə dünyasını dəyişib.


Qeyd edək ki, Pərviz Heydərov uzun illər ərzində Azərbaycanda iqtisadi proseslər, maliyyə və sosial-iqtisadi məsələlərlə bağlı açıqlamaları və analitik şərhləri ilə tanınıb. O, müxtəlif media qurumlarına müsahibələr verərək, eləcə də müxtəlif xəbər saytında yazdığı məqalələrlə ölkə iqtisadiyyatında baş verən prosesləri şərh edib.


Saytımızın kollektivi Pərviz Heydərovun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.


Allah rəhmət eləsin!

Baxış sayı: 2 499

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə