Bakı Ali Neft Məktəbinin məzunu Əli Məhərrəmlinin daxil olduğu 2 nəfərlik komanda Çinin Şanxay şəhərində keçirilən “WorldSkills Shanghai 2026” – 48-ci Dünya Bacarıqlar Yarışında Azərbaycanı uğurla təmsil edib.


“ARHD.MEDiA” xəbər verir ki, Əli Məhərrəmli beynəlxalq yarışda kibertəhlükəsizlik bacarığı üzrə “Medal of Excellence” mükafatına layiq görülüb.


O, 2020-ci ildə Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasına olimpiada qalibi kimi qəbul olub. Hazırda isə Dövlət Proqramı çərçivəsində ABŞ-nin Karnegi Mellon Universitetində İnformasiya təhlükəsizliyi ixtisası üzrə magistratura təhsili alır.

Baxış sayı: 2 956

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə