Bu gün axşam saatlarında Bakıdan İrəvana təyyarə uçacaq. 


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə “Azadlıq” radiostansiyası “Flightradar24” saytına istinadən məlumat yayıb.


Məlumata görə, Tacikistanın “Somon Air” avişirkətinə məxsus “Boeing 737-8GJ” təyyarəsi oktyabrın 14-ü Düşənbədən Bakıya uçub. 


“Tacikistan Prezidenti, eləcə də bir sıra digər ölkələrin liderləri Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək üçün dünəndən Bakıya səfər ediblər. Lakin “Boeing 737-8GJ” təyyarəsi Tacikistan Prezidenti Emoməli Rəhmona xidmət göstərmir. Ermənistan da rəsmi nümayəndə heyətlərini qəbul etməyə hazırlaşır. COP17 çərçivəsində İrəvanda Liderlərin Zirvə Görüşü keçiriləcək”, - nəşr yazıb. 


Bununla belə, təyyarənin Bakıdan İrəvana kimləri aparacağı açıqlanmır.

Baxış sayı: 3 851

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə