“Korrupsiyaya qarşı mübarizənin nə dərəcədə ciddi getdiyinin hamımız şahidiyik”. 


“ARHD.MEDiA” xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında “Maraqlar toqquşması haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Əli Hüseynli bildirib.


“Korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələdədir və çox təqdirəlayiq haldır ki, bu mübarizənin qanunvericilik bazası daim təkmilləşir. “Maraqlar toqquşması haqqında” qanun layihəsinin təqdim olunması təsadüfi deyil. Bu qanunun ideyası üzərində uzun illərdir müzakirələr gedib və hesab edirəm çox təqdirəlayiqdir ki, korrupsiyaya qarşı mübarizənin, dövlət quruculuğumuzun inkişafının indiki mərhələsində belə bir qanun layihəsi təqdim olunub. Bu qanun beynəlxalq təcrübədə mövcuddur və deyə bilərəm ki, onun müddəaları korrupsiyaya qarşı mübarizə ilə bağlı digər qanunlara həm də uyğunluq təşkil edir. Amma qanun bir sıra spesifik məsələləri də tənzimləyir”, - komitə sədri qeyd edib.

Baxış sayı: 3 806

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə