“Numbeo” tədqiqat platforması cari ilin ilk yarısı üçün ölkələrin səhiyyə indeksini açıqlayıb.


“ARHD.MEDiA” platformanın saytına istinadən xəbər verir ki, ümumilikdə siyahıda 101 ölkə yer alıb. 


Azərbaycan isə sözügedən siyahıda 92-ci pillədə qərarlaşıb. 


Qonşu ölkələrdən Türkiyə 24-cü, Rusiya 60-cı, Ermənistan 62-ci, İran isə 86-cı pillədə yer alıb. 


Reytinqdə səhiyyə sahəsində ən yüksək göstəricilərə malik ölkələrin ilk üçlüyünə isə Tayvan, Cənubi Koreya və Yaponiya daxil olub. 


Qeyd edək ki, “Numbeo” platformasının indeksi rəsmi statistikalara və yaxud dövlət hesabatlarına deyil, həmin ölkələrdə yaşayan sakinlərin subyektiv rəylərinə və sorğularına əsasən hazırlanır.

Baxış sayı: 2 175

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə