aqta-nın sədri sahibkarların müraciətlərini dinləyəcək

bakı, 7 mart, arhd.media



aqta-nın sədri sahibkarların müraciətlərini dinləyəcək


azərbaycan qida təhlükəsizliyi agentliyinin (aqta) sədri qoşqar təhməzli hər həftə agentliyin inzibati binasında vətəndaşların müraciətlərini dinləyir.

agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən arhd.media-a verilən məlumata görə, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər martın 13-ü saat 14:00-da onları narahat edən məsələlərlə bağlı agentlik sədri ilə görüşə bilərlər.

görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.

Baxış sayı: 5 342

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə