bakı, 13 mart, arhd.media
azərbaycan respublikası konstitusiya məhkəməsinin palatasının növbəti iclası keçirilib.
məhkəmənin mətbuat xidmətindən arhd.media-a verilən məlumata görə, iclasda azərbaycan respublikası konstitusiyasının 130-cu maddəsinin vi hissəsinə və “konstitusiya məhkəməsi haqqında” qanunun 7.1-ci maddəsinə əsasən, azərbaycan respublikası mülki məcəlləsinin 359.1-ci maddəsinin şərh edilməsinə dair bakı apellyasiya məhkəməsinin müraciətinə baxılaraq, plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.
müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə konstitusiya məhkəməsi plenumunun aprelin 4-nə təyin edilmiş iclasında baxılacaq.























