bakı, 14 mart, arhd.media
dünya iqtisadi forumunun 4si mərkəzlər şəbəkəsi ilə birgə əməkdaşlıq çərçivəsində 4sim-in ev sahibliyi etdiyi dördüncü sənaye inqilabı azərbaycan mərkəzinin yeni veb-saytı (https://www.c4irazerbaijan.org/) istifadəyə verilib.
arhd.media xəbər verir ki, platformada 4si azərbaycan mərkəzinin fəaliyyəti, dif ilə birgə icra etdiyi layihələr və təşəbbüslər barədə məlumat öz əksini tapıb.
azərbaycanlı istifadəçilər sayt üzərindən 4si mərkəzlər şəbəkəsinə üzv olan 1000-ə yaxın tərəfdaşlıq şəbəkəsinə, eyni zamanda 200-dən çox çoxşaxəli təşəbbüsə qoşulmaq imkanı əldə edəcəklər.
platformaya üzv olmaq istifadəçilərə qlobal ekspert şəbəkəsinə çıxış, icra olunan təşəbbüslərdə iştirak və peşəkarlar və innovatorlarla əlaqə imkanı verəcək.























