bakı, 25 mart, arhd.media
martın 24-də ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
daxili işlər nazirliyinin mətbuat xidmətindən arhd.media-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 36, o cümlədən borclu şəxs qismində axtarılan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 21 fakt müəyyən edilib.
cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.























