imişlidə şəhid ailələri üçün iftar süfrəsi açılıb
imişli, 26 mart, aydın yavərzadə, arhd.media
islam dünyasının müqəddəs ayı olan ramazan ayı münasibətilə imişli rayonunda rayon icra hakimiyyəti şəhid ailələri üçün iftar süfrəsi açıb.
arhd.media-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə şəhid ailələri ilə yanaşı rayon icra hakimiyyətinin, yap imişli rayon təşkilatının, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, din xadimləri və rayon ictimaiyyəti iştirak ediblər.
öncə şəhidlərimizin əziz xatirələri dərin ehtiramla yad edilib. mərasimdə çıxış edənlər ramazan ayının həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayı olmasından söhbət açıb. azərbaycanda, o cümlədən imişli rayonunda açılan bu iftar süfrələrinin ölkəmizdə olan ənənəvi tolerantlığı nümayiş etdirdiyi bildirilib. ölkəmizdə sabitliyin, inkişafın, birliyin ulu öndər heydər əliyev tərəfindən təməlinin qoyulduğu və bu siyasətin prezident ilham əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb. həmçinin şəhid ailələrinə göstərilən diqqət və qayğının dövlətimizin siyasətinin prioritet məsələlərindən biri olduğu bildirilib. natiqlər vətənimizin ərazi bütövlüyünün təmin olunmasında şəhidlərimizin, qazilərimizin, müharibə iştirakçılarının rəşadət və şücaətlərini yüksək dəyərləndiriblər. iftar süfrəsi zamanı dualar edilib, ramazan ayının fəzilətləri barədə söhbət açılıb. daha sonra “qurani-kərim”dən ayələr və ramazan duası oxunub. şəhid ailələrinin nümayəndələri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edib, xalqımıza sülh və əmin-amanlıq arzulayıblar.



























