bakı, 3 aprel, arhd.media
əmək və əhalinin sosial müdafiəsi nazirliyi sinqapurun “govinsider” təşkilatının “innovasiya mükafatları-2025” müsabiqəsində uğur qazanıb.
bu barədə arhd.media-a əmək və əhalinin sosial müdafiəsi nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
“innovasiyalar konfransı-2025” tədbiri çərçivəsində keçirilən müsabiqədə əmək, məşğulluq, sosial müdafiə sahələrində elektron xidmətlərin geniş tətbiqinə görə nazirlik “rəqəmsal cəmiyyət mükafatı” kateqoriyası üzrə xüsusi mükafata layiq görülüb. artıq ikinci ildir ki, həmin müsabiqədə ölkəmiz mükafat qazanır.
qeyd edək ki, “govinsider” təşkilatı dövlət sektorunda innovasiyaları təşviq etmək üçün fəaliyyət göstərən geniş platformadır. təşkilatın keçirdiyi budəfəki müsabiqədə 20 ölkədən 300 qurum iştirak edib.






















