əmək və əhalinin sosial müdafiəsi nazirliyi yanında ictimai şuranın yeni tərkibi seçilib

bakı, 18 aprel, arhd.media



əmək və əhalinin sosial müdafiəsi nazirliyi yanında ictimai şuranın 9 nəfərdən ibarət yeni tərkibinin müəyyən olunması üçün seçki keçirilib.

nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən arhd.media-a verilən məlumata görə, seçkinin təşkili məqsədilə nazirlikdə 9 nəfərdən (nazirlik əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutlarından 5 üzv) ibarət komissiya yaradılıb və seçkilərin keçirilməsi ilə bağlı elan verilib.

ictimai şuraya üzv olmaq üçün vətəndaş cəmiyyəti institutlarından 12 nəfərin namizədliyi təsdiq edilib.

səsvermədə iştirak üçün qeydiyyata alınmış 89 nəfər qht və media nümayəndəsinin iştirakı ilə obyektiv, şəffaf şəkildə keçirilən seçki nəticəsində 9 nəfər nazirlik yanında ictimai şuranın üzvləri seçiliblər.

“ictimai iştirakçılıq haqqında” qanuna uyğun olaraq əmək və əhalinin sosial müdafiəsi nazirliyi yanında fəaliyyət göstərən ictimai şura nazirliyin fəaliyyətində ictimai iştirakçılığı, aidiyyəti fəaliyyət sahələri üzrə qanunvericiliyin təkmilləşdirilməsində, hüquqi aktların qəbulu prosesində vətəndaş cəmiyyəti institutlarının iştirakını, ictimai nəzarəti təmin edir.

həmin qanuna əsasən şuranın səlahiyyət müddəti iki ildir və hər iki ildən bir vətəndaş cəmiyyəti institutları tərəfindən şuranın yeni tərkibi seçilir.

Baxış sayı: 4 527

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə