dubayda keçirilən beynəlxalq konfransda azərbaycanlı şərqşünasın məruzəsi dinlənilib

bakı, 18 aprel, arhd.media



amea-nın akademik ziya bünyadov adına şərqşünaslıq institutunun iran filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru aybəniz həsənova beynəlxalq elm və sənət tədqiqat mərkəzinin (isarc) birləşmiş ərəb əmirliklərinin dubay şəhərində keçirdiyi 10-cu beynəlxalq dubay elmi tədqiqatlar və innovasiya konfransında iştirak edib.

institutdan arhd.media-a bildirilib ki, şərqşünas alim konfransa onlayn qoşularaq “gülüstan ostanının toponimləri” mövzusunda məruzə edib. indiyədək gülüstan ostanının toponimlərinin elmi şəkildə araşdırılmadığını deyən məruzəçi iranın şimal-şərqində yerləşən bu ostanın coğrafi mövqeyi, onunla həmsərhəd olan ostanlar barədə məlumat verib. gülüstan ostanının əhalisinin 60 faizinin türkmənlər, xorasan türkləri və azərbaycanlılar olduğunu bildirib. ostanın azadşəhr, ağqala, əliabad, gümüşan və digər şəhərləri barədə məlumat verən a.həsənova bu adların mənşəyinə diqqət çəkib.

Baxış sayı: 4 520

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə